Gəncəlilər “Kəpəz”in futbolçularını “razborka”ya çağırdı – FOTO
Azərbaycan Premyer Liqasının 11-ci turunda “Kəpəz” “Turan Tovuz”un qonağı olub.
Aut.az xəbər verir ki, qərb derbisi Gəncə təmsilçisi üçün heç də uğurlu alınmayıb – 0:4.
Böyük hesablı məğlubiyyət “Kəpəz” azarkeşlərini qəzəbləndirib. Onların bir qismi Tovuz şəhər stadionunu tərk edib. Digərləri isə görüşün bitməyin gözləyib.
Təqribən 40-50 nəfərlik azarkeş qrupu futbolçuları yanlarına çağırıb, söhbət aparıblar.
Qonaq tribuna media sektora əks istiqamətdə yerləşdiyindən, tərəflər arasında hansı söhbətin getdiyini müəyyənləşdirmək mümkün olmayıb.


Aut.az
