Avropa Liqası

UEFA “Qarabağ”ı yıxan futbolçunu seçdi

UEFA Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Aut.az xəbər verir ki, siyahıda “Qarabağ”la eyni qrupda yer alan iki komandanın futbolçuları da var.

Bunlar “Bayer”dən Florian Virts, “Molde”dən Volf Ekremdir. Həmçinin “Liverpul”dan Rayan Qravenberx və “Frayburq”dan Vinçenso Qrifo da ən yaxşı adına namizədlər sırasındadır.

Qeyd edək ki, Virts “Qarabağ”ı 5:1 hesabı ilə məğlub etdikləri görüşdə 1 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

UEFA "Qarabağ"ı yıxan futbolçunu seçdi