Millimiz Dünya çempionatına qələbə ilə başladı
Minifutbol üzrə Azərbaycan millisi BƏƏ-də keçirilən Dünya çempionatında ilk matçını keçirib.
Aut.az xəbər verir ki, G qrupunda yer alan yığmamız İraqla qarşılaşıb. Elşad Quliyevin rəhbərlik etdiyi komanda mundiallar tarixindəki ilk matçını qələbəylə başa vurub – 2:0. Millimizə qələbə gətirən qolları Elvin Əlizadə və Mirmehdi Rzayev vurub.
Qrupun ötən gün keçirilən oyununda Misir Küveyti 2:0 hesabıyla məğlub edib.
Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 29-da Misir, 2 gün sonra isə Küveytlə qarşılaşacaq.
