Todd Şahid Xanla danışdı: bu stadiona köçürlər
“Çelsi”nin sahibi Todd Boeli “Fulhem”in sahibi Şahid Xanla komandasının “Kreyven Kottec”ə mümkün köçməsi ilə bağlı danışıqlar aparıb.
Aut.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Məsələ burasındadır ki, “Çelsi” doğma stadionu olan “Stemford Bric”i yenidən qurmağı planlaşdırır və işlər aparılarkən müvəqqəti sığınacaq axtarır. “Kreyven Kottec” logistika baxımından ən uyğun seçimdir.
Qeyd edək ki, “fulhem”in stadionu 25 700, “Çelsi”nin arenası “Stemford Bric” isə 40 341 tamaşaçı tutumuna malikdir.
Aut.az
