Təxirə salınmış oyunu neçə azarkeş izlədi?
Azərbaycan Premyer Liqasının II turundan təxirə salınmış “Sumqayıt” – “Sabah” oyununu izləyən azarkeş sayı məlum olub.
Aut.az xəbər verir ki, Sumqayıt şəhər stadionunda baş tutan görüşdə tribunalarda 1300 tamaşaçı yer alıb.
Oyun “Sumqayıt”ın qələbəsiylə başa çatıb – 1:0.
