Azərbaycan futboluDünya cempionatı

Moskva “Spartak”ı Bakıya gəlir? – Rəsmi açıqlama

Moskva “Spartak”ın “Neftçi” ilə Bakıda yoldaşlıq oyununun keçirilməsi ilə bağlı  klubun heç bir məlumatı yoxdur.

Aut.az xəbər verir ki, bu barədə “Spartak”ının mətbuat xidmətinin rəhbəri Dmitri Zelenov “Çhampionat”ın müxbiri İlya Nikulnikovla söhbətində bildirib.

“Neftçi ilə Bakıda keçiriləcək cavab yoldaşlıq oyunu ilə bağlı məlumat yoxdur. Memorandum imzalanıb. “Neftçi”dən olan həmkarlarımızla münasibətlər yaxşıdır. Cavab oyunu ilə bağlı məlumat olan kimi deyəcəyik”, – deyə Zelenov bildirib.

Xatırladaq ki, “Spartak” ötən yay Moskvada “Neftçi” ilə yoldaşlıq oyunu keçirmişdi. Görüş Moskva klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Aut.az