Coşqun Diniyevdən məhsuldar ötürmə
Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geyindiyi “Ümraniyespor” Türkiyə I Liqasında növbəti oyununa çıxıb.
Aut.az xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə “Manisa”nı qəbul edib. 5 qolun vurulduğu oyunda “Ümraniyespor” qələbə qazanıb – 3:2.
Coşqun bu görüşün iştirakçısı olub. O, komandasının ilk qolunda məhsuldar ötürmə ilə yadda qalıb. Diniyev matçda sona qədər meydanda qalıb.
“Ümraniyespor” çempionatda 9 turdan sonra 8 xalla 15-ci sıradadır. “Manisa” isə 13 xalla 8-cidir.
