Azərbaycan futbolu

Qurban Qurbanov dünyanın ən nüfuzlu mükafatına layiq görüldü

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Beynəlxalq Feyr-pley mükafatına layiq görülüb.

Aut.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı bu gün Macarıstanın paytaxtı Budapeştdə keçirilən qala gecədə mükafatını alıb.

Mükafat Qurbano Qurbanov Beynəlxalq Feyr Pley Komitəsi tərəfindən karyerası ərzində daim “ədalətli oyun” prinsiplərinə sədaqətinə görə verilib.

“Jean Borotra World Fair Play Career” mükafatını 2022-ci ilin yekunlarına əsasən, dünyada Qurban Qurbanovla birgə 4 nəfər – amerikalı Katrin Svitzer, italiyalı Marco Kalamay və macar Antal Dunay qazanıb.

Ötən il Qurbanov UEFA Konfrans Liqasının “Qarabağ” – “Marsel” oyununda İbrahima Vadjinin əllə vurduğu qolu ləğv etdirməsi ilə yadda qalmışdı.

Qurbanovun bu jesti Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının təqdimatı əsasında Beynəlxalq Feyr Pley Komitəsinə göndərilib.

AİJA Qurbanovu 2022-ci ildə dünyanın ən ali iki feyr pley mükafatına – bir jest üçün nəzərdə tutulan “Pierre de Coubertin World Trophy” və karyerası ərzində daim ədalətli oyun prinsiplərinə sədaqətinə görə verilən “Jean Borotra World Fair Play Career” namizədliyini irəli sürmüşdü.

Qurban Qurbanov bu mükafata layiq görülən ilk azərbaycanlı kimi Azərbaycan idman tarixinə düşüb.