Tovuzda “Qarabağ”dan alınan xala belə sevindilər – Video
Azərbaycan Premyer Liqasının 10-cu turunun açılış matçında dünən “Turan Tovuz” “Qarabağ”ı qəbul edib.
Aut.az xəbər verir ki, axşam saatlarında keçirilən oyuna maraq böyük olub. “Boz qurdlar”ın son anda məğlubiyyətdən xilas olması isə azarleşləri böyük sevincə qərq edib.
Mayın 7-dən bəri Tovuzda qələbə qazanmayan komandanın Ağdam təmsilçisiylə heç-heçəsini (2:2) yerli fanatlar qələbə kimi qeyd etdilər. Nəticədə ortaya maraqlı görüntülər çıxıb.
Bu heç-heçə klub rəhbərliyini, İdarə Heyətinin sədri Ehtiram Quliyevin də sevincinə səbəb olub. O, Tovuz şəhər stadionundakı qələbəlikdən razı görünürdü.

