Digər

Dünya çempionatının ilk finalçısı müəyyənləşdi

Fransada keçirilən reqbi üzrə dünya çempionatında ilk yarımfinal oyunu baş tutub.

Aut.az xəbər verir ki, Yeni Zelandiya komandası Argentina üzərində inamlı qələbə qazanıb – 44:6.

Görüşün ən məhsuldar oyunçusu Vil Cordan olub.

Xatırladaq ki, Yeni Zelandiya millisi 3 dəfə dünya çempionu titulunu qazanıb. Komanda 5-ci dəfədir ki, finala yüksəlir.

Bu gün keçiriləcək 2-ci yarımfinal oyunundan sonra Yeni Zelandiyanın rəqibi müəyyənləşəcək. İkinci yarımfinalda İngiltərə ilə Cənubi Afrika üz-üzə gələcək.