Azərbaycan futbolu

Region Liqası: püşk atıldı

Bu gün AFFA-nın inzibati binasında “AFFA Region Liqası”nın 2023/2024-cü illər mövsümünün püşkü atılıb.

Aut.az xəbər verir ki, tədbirdə AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov, AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadov və Azərbaycan Həvəskarlar Futbolu Federasiyasının prezidenti Rüfət Əmirov iştirak ediblər.

AFFA Region Liqasının oyunları 4 regionu əhatə edəcək – Paytaxt və Şimal, Mərkəz, Şimal-Qərb və Qərb və Cənub.

Püşkün nəticəsinə uyğun olaraq, I turda keçiriləcək oyunların siyahısını diqqətinizə çatdırırıq:

Paytaxt və Şimal zonası

A qrupu

“Çinar Zəngilan” FK – “Gənclər” PFM*
“İrəvan” İK – “Record Club”
“Ramana” (Abşeron)* – “Mübariz” FA
“Xanlıq” FK* (Qubadlı) – “City Baku”

“Gənclik” İK bu tur istirahət edir.

B qrupu

“Cürət FK” – “Lokomotiv Baku”
“Şimal” FK* (Xaçmaz) – ŞKGB* (Xaçmaz)
İCBFA – “Hypers” FK*
“Şirvanovka” FK – “Dirçəliş” FK

Şimal-Qərb və Qərb zonası

“Ağstafa Gəncləri” * – “Qarxun” FK* (Yevlax)
“Balakən” FK* – VT “Gəncə”
“Şəki” FK – “Göyəzən” PFK
“Qala” FK* (Goranboy) – “Bərdə” FK*

Cənub zonası

“Qobustan” FK – “Masallı” PFK
“Lənkəran” FK* – “Ərkivan” (Masallı)
“Neftçala” FK – “Zəfər 44” (Cəlilabad)

“Biləsuvar” FK* bu tur istirahət edir.

Mərkəz zonası

“Ərgünəş” FK – “İsmayıllı” FK
“Araz” FK* (İmişli) – “Göyçay” FK*
“Hacıqabul” FK* – “Mil” FK (Beyləqan)
“Ağcabədi” FK* – “Ümid” FK* (Saatlı)

Qeyd: Komanda adından sonra * işarəsi ilə qeyd edilənlər ilk dəfə “AFFA Region Liqası”nda iştirak edirlər.