Dostunu geridə qoydu
Argentina millisinin kapitanı Lionel Messi yeni rekorda imza atıb.
Aut.az xəbər verir ki, 36 yaşlı hücumçu buna DÇ-2026-nın seçmə mərhələsinin 4-cü turunda Peruya qarşı matçda (2:0) dubl etməklə nail olub. Nəticədə o, dünya çempionatının seçmə mərhələlərində vurduğu qolların sayını 31-ə çatdırıb.
Bununla da forvard mundialın seçmə mərhələlərində ən çox qol vuran futbolçu olub. Leo 29 dəfə fərqlənən Uruqvay millisinin üzvü, “Barselona”dan sabiq komanda yoldaşı Luis Suaresi qabaqlayıb.
