Dünya futbolu

Əfsanəvi fransız İsraili biabır etdi, Fələstini dəstəklədi

“Mançester Yunayted”in keçmiş futbolçusu Erik Kantona sosial şəbəkədəki səhifəsində Fələstini dəstəkləyib.

“Fələstinlilərin insan hüquqlarını müdafiə etməyiniz o demək deyil ki, siz HƏMAS tərəfdarısınız.

“Azad Fələstin” demək sizin antisemit olduğunuz və ya “bütün yəhudiləri qovmaq istədiyiniz” demək deyil.

“Azad Fələstin” sözləri fələstinlilərin 75 ildir insan haqlarını inkar edən İsrail işğalından azad olmasını nəzərdə tutur.

“Azad Fələstinə” sözləri 2-3 milyon fələstinlinin dünyanın ən böyük həbsxanasında saxlanmasına son qoyulmasını tələb edir. Bu insanların yarısı uşaqlardır.

“Azad Fələstin” sözləri İsrail hökumətinin tətbiq etdiyi aparteidə son qoymağa çağırır.

“Azad Fələstin” sözləri fələstinlilərə öz torpaqlarında əsas infrastruktura çıxış imkanı verməyə çağırır”, – Cantona sosial mediada yazıb.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağına nəzarət edən Fələstinin HƏMAS hərəkatı İsrailə hücum edib. Bundan sonra İsrail Qəzzanı bombardıman etməyə başlayıb.

Aut.az