DigərDünya futbolu

Azarkeşləri öldürən şəxs belə zərərsizləşdirilib – Təfərrüat

İki isveçli azarkeşi öldürən şəxsin zərərsizləşdirilməsinin   təfərrüatlar ortaya çıxıb.

Aut.az xəbər verir ki, bu barədə Belçika Milli Böhran Mərkəzinin saytı Federal Prokurorluğa istinadən məlumat yayıb.

Bildirilir ki, bu gün, oktyabrın 17-də səhər saatlarında Sharbek metropoliten kommunasında kafedə kişi görüntülənib. Şahid cinayətkarın yerini hüquq-mühafizə orqanlarının əməkdaşlarına bildirib və onlar oraya çatdıqdan sonra həmin şəxsi güllələməyə məcbur olublar.

Hadisə yerinə gələn təcili tibbi yardım maşını onu həyata qaytarmağa çalışıb. Daha sonra xəstəxanaya aparılan şəxs yerli vaxtla səhər saat 9:38-də orada ölüb.

Xatırladaq ki, dünən, oktyabrın 16-da Brüsseldə (Belçika) Avropa çempionatının seçmə mərhələsinin Belçika – İsveç matçı öncəsi iki isveçli azarkeş güllələnib. Birinci hissədən sonra oyun dayandırılıb və davam etdirilməyib.

Aut.az