“Səbail” təzminat ödəməyəcək
“Araz-Naxçıvan”da çıxış edən Tural Bayramlının “Səbail”dən təzminat almaq istəməsi tələbi ilə bağlı qərar verilib.
Aut.az xəbər verir ki, Oyunçuların Statusu və Transferi Komitəsi” yarımmüdafiəçinin şikayətini qəbul etməyib. Bununla bağlı AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Qərarda bunlar qeyd olunub:
“Oyunçu Bayramlı Tural Mayıl oğlunun (nümayəndəsi – Elcan Həsənli) “Səbail” PFK-ya qarşı kompensasiya tələbi və “Səbail” PFK-ya idman sanksiyası tətbiq edilməsi ilə bağlı iddiası təmin edilməsin”.
