Azərbaycan yığmasından “Qaradağ Lökbatan”la heç-heçə
Avropa çempionatının seçmə mərhələsinə hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.
Aut.az xəbər verir ki, Birinci Liqa təmsilçisi “Qaradağ Lökbatan”la oyun 0:0 hesabı ilə nəticələnib.
