“Araz-Naxçıvan” “Turan-Tovuz”la qarşılaşacaq
Milli komandanın Estoniya və Avstriya yığmaları ilə keçirəcəyi oyunlarla əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən “Araz-Naxçıvan” futbolçularına 3 günlük istirahət verib.
Aut.az xəbər verir ki, komanda üzvləri oktyabrın 11-də toplaşacaq və məşqlərini Bakıda davam etdirəcək.
Oktyabrın 14-də yoldaşlıq oyunu keçirəcək naxçıvanlılar “Turan Tovuz”la qarşılaşacaq. Görüşün keçiriləcəyi məkan və başlama saatı hələ məlum deyil.
