Avropa LiqasıAzərbaycan futbolu

“Qarabağ” qazandı, Azərbaycanın xalı bu qədər artdı

Avrokubokların qrup mərhələsinin II turundan sonra ölkələrin UEFA reytinqi açıqlanıb.

Aut.az xəbər verir ki, Avropa Liqasında “Hakken”lə İsveçdəki oyunda 1:0 hesabı ilə qalib gələn “Qarabağ” Azərbaycanın aktivini zənginləşdirib. Bu qələbə ölkəmizin hesabına daha 0,500 xal gətirib. Əldə olunan yarım xalla cari mövsümün ümumi qazancı 3,625-ə çatıb.

Azərbaycan son 5 mövsümdə ümumilikdə 17,875 xal toplayıb. Ölkəmiz siyahıda 29-cu pillədə qalıb. Azərbaycan siyahıdakı qonşuları Slovakiya və Bolqarıstandan yarım xal geri qalır.

Qeyd edək ki, reytinq cədvəlinə 91,678 xalla İngiltərə başçılıq edir.