İngiltərə

Bunu artıq geridə qoyublar: Uşaq deyilik

Yurgen Klopp bildirib ki, “Liverpul” artıq “Tottenhem”lə mübahisəli matçı unudub.

Hakimlərin bir sıra səhvlərə yol verdiyi “Liverpul ” – “Tottenhem ” (1:2) oyunundan sonra Klopp demişdi:

“Oyunun təkrar keçirilməsi yeganə seçimdir”.

Ancaq UEFA qaydalarına əsasən, nəzəri ehtimala baxmayaraq, matç təkrar oynanılmayacaq .

“Hələ də həmin oyun haqda düşünürəm? Yox, belə deyil. Biz bunu artıq geridə qoymuşuq. Uşaq deyilik.

Bu oyuna diqqəti yönəltməklə bağlı heç bir problemimiz yox idi”, – deyə Yurgen Klopp Avropa Liqasında “Uniona” qalib gəldikləri (2:0) oyundan sonra deyib.

Aut.az