“Zaqatala” – “Karvan” 2:2 – VİDEO
Futbol üzrə Azərbaycan I Liqasında IV turun oyunları keçirilir.
Aut.az xəbər verir ki, “Zaqatala” doğma meydanda “Karvan”ı qəbul edib. Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.
Xallarını 8-ə yüksəldən “Karvan” çempionatın lideridir. 3 xalı olan “Zaqatala” isə 6-cı pillədə qərarlaşıb.
“Zaqatala” – “Karvan” 2:2
Qollar: Uensley Ondo, 20 (avtoqol), Bəhruz Teymurov, 43, – Peter Kinqs, 87, Akif Tağıyev, 88
