Azərbaycan futbolu

“Difai Ağsu” – “Qaradağ Lökbatan” 0:1- VİDEO

Futbol üzrə Azərbaycan I Liqasında IV turun oyunları keçirilir.

Aut.az xəbər verir ki, “Difai Ağsu” doğma meydanda “Qaradağ Lökbatan”ı qəbul edib. Qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 7-yə yüksəldən “Qaradağ Lökbatan” turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 1 xalı olan “Difai Ağsu” isə 9-cu yerdədir.

“Difai Ağsu” – “Qaradağ Lökbatan” 0:1

Qol: Seyxan Fərəcov, 29 (pen)