Dünya futbolu

Rusiya – Kamerun oyunu FİFA reytinqində nəzərə alınacaq?

Rusiya millisinin Kamerunla yoldaşlıq oyunu FİFA reytinqində nəzərə alınacaq.

Aut.az xəbər verir ki, oktyabrın 2-də Rusiya Futbol İttifaqı  oyunun oktyabrın 12-də Moskvada, VTB Arena stadionunda keçiriləcəyini təsdiqləyib.

“Rusiya – Kamerun matçı FİFA-nın reytinq cədvəlinə daxil ediləcək. Oyunda beş, eləcə də ciddi zədə olduqda daha bir əvəzetmə olacaq” – deyə məlumatda bildirilib.

FİFA və UEFA 2022-ci ilin fevralında Rusiya millisinin beynəlxalq turnirlərdə iştirakını dayandırıb.