Qvardiola ona “Ferrari”də gəlmə” deyib, o da…
“Barselona”nın sabiq hücumçusu Zlatan İbrahimoviç Kataloniya klubunun o vaxtkı baş məşqçi Pep Qvardiola ilə ilk söhbəti haqda danışıb.
İbrahimoviç 2009-2011-ci illərdə “Barselona”da çıxış edib.
“İlk görüşdə o, mənə dedi: “Unutma, buradakı futbolçular “Ferrari”də gəlmirlər”.
Və mən növbəti məşqə lənətə gəlmiş “Ferrari” ilə gəldim”, – Zlatan Pirs Morqana müsahibəsində deyib.
Aut.az
