Azərbaycan futbolu

“Lerik” – “Baku Sportinq” 0:2 – VİDEO

Futbol üzrə Azərbaycan II Liqasında V tura start verilib.

Aut.az xəbər verir ki, bu gün “Baku Sportinq” səfərdə “Lerik”in qonağı olub. Qarşılaşma paytaxt təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 12-yə yüksəldən “Baku Sportinq” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 7 xalı olan “Lerik” isə 7-ci yerdədir.

“Lerik” – “Baku Sportinq” 0:2

Qollar: Röyal Nəcəfov, 32, Elgün Abbaslı, 78