Türkiyə

“Fənərbağça”nın futbolçusundan təsirli hərəkət – FOTO

Türkiyə Super Liqasında 7-ci turun oyunları keçirilir.

Aut.az xəbər verir ki, çempionatın xal itirməyən yeganə komandası olan “Fənərbağça” “Rizəspor”u qəbub edib. Görüş İstanbul təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunun diqqətçəkən hadisələrindən biri son dəqiqələrdə – 5-ci qoldan sonra yaşanıb. “Fənərbağça”nın norveçli hücumçusu Coşua Kinq “Rizəspor”la oyunda son nöqətni qoymaqla yanaşı, bunu xüsusi şəkildə qeyd edib. O, vurduğu qolu bir neçə gün öncə vəfat edən sürücüsünə həsr edib. Kinq formasnını çıxardaraq üzərində “RIP Murat Adkovaycın” yazısını nümayiş etdirib. Futbolçu oyundan sonra bu barədə danışıb:

“Bu həftə mənim üçün çox ağır keçdi. Murat Adkovaycın sadəcə sürücüm deyildi, o, mənə əmi kimi idi. Ailəmin qoruyucusu idi. Bütün ailəm çox üzgündür. İki gün əvvəl cənazəsinə qatıldım, həyatımda keçirdiyim ən kədərli gün idi. Əminəm ki, bizi izləyir”.

"Fənərbağça"nın futbolçusundan təsirli hərəkət - FOTO