Bəyanat yaydı: heç kimin aramıza girməsinə icazə verməyəcəyəm
“Napoli”nin hücumçusu Viktor Osimhen İtaliya klubu ilə mübahisə etdikdən sonra komandanın azarkeşlərinə müraciət edib.
“2020-ci ildə Neapola köçmək mənim üçün əla qərar idi. Neapollular mənə o qədər sevgi və mehribanlıq göstərdilər ki, heç kimin aramıza girməsinə icazə verməyəcəyəm. Neapolluların ehtirası məni hər zaman ürəyim və ruhumla oynamağa vadar edir. Gerbə olan sevgim isə sarsılmazdır və mən onu qürurla geyinirəm.
Neapol sakinlərinə qarşı ittihamlar həqiqətə uyğun deyil. Ailəmin və gündəlik həyatımın bir hissəsinə çevrilmiş çoxlu neapollu dostlarım var. Nigeriyalılara və hər kəsə dəstək olduqları üçün təşəkkür edirəm. Çox sağ olun, mən sonsuza qədər minnətdar olacağam.
Gəlin birlik, hörmət və anlayışı yaymağa davam edək”, – Osimhen yazıb.
Osimhen və “Napoli” arasında münaqişə SMM xidmətinin TikTok-da nigeriyalı futbolçunun 11 metrlik zərbəni qaçırmasını lağa qoyan videonu dərc etdikdən sonra baş verib. Neapol klubu bəyanat yayaraq, 24 yaşlı Osimheni heç vaxt təhqir etmək və ya ələ salmaq niyyətində olmadığını təkid edib.
SMM xidmətinə cavabdeh olan şəxs isə işdən qovulub.
Aut.az
