Bir futbolçu da yoxdur: tarixin ən böyük 4 idmançısının adını çəkdi
Əfsanəvi ingilis futbolçu Rio Ferdinand məşhur britaniyalı jurnalist Piers Morqana müsahibəsində “tarixin ən böyük 4 idmançısı kimi hesab edirsən” sualını cavablandırıb.
Aut.az xəbər verir ki, sabiq müdafiəçinin siyahısında bir futbolçunun da adı yoxdur.
“Məhəmməd Əli, Mayk Tayson, Maykl Cordan, Rocer Federer”, – Ferdinandın cavabı belə olub.
Rio Ferdinandın digər idman növlərinə maraq göstərməsi ilk dəfə deyil. Bundan əvvəl o, Aleksandr Usik və Daniel Dübua arasında keçirilən boks döyüşünün nəticələrini şərh edib.
Aut.az
