Azərbaycan futbolu

“Zirə”nin şikayəti qismən təmin edildi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı futbolçu Pyer Zebli ilə bağlı “Zirə” klubunun apellyasiya şikayətini qismən təmin edib.

Aut.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

25 yaşlı yarımmüdafiəçinin 2 oyunluq cəzanın çəkilməmiş hissəsi, yəni 1 oyunluq cəzası şərti tətbiq ediləcək. Zebliyə 3 aylıq sınaq müddəti təyin olunub.

Zeblinin cəzası 1 oyuna endirilsə də, klubun cəriməsi aradan qaldırılmayıb. “Zirə” “qırmızı” üçün 1500 manat cərimə ödəyəcək.