Digər

Bu ölkə Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir

Polşa 2036-cı ildə Yay Olimpiya Oyunlarını təşkil etmək üçün müraciət edəcək.

Aut.az xəbər verir ki, bu barədə ölkə prezidenti Andjey Duda açıqlamasında bildirib.

Qeyd edək ki, ilkin məlumata əsasən, 2036-cı ildəki olimpiada üçün İndoneziya, Meksika və Hindistan da mübarizə aparacaq. Yay Olimpiya Oyunlarının keçiriləcəyi yer adətən yarışın başlamasından 7 il əvvəl müəyyənləşir.