Oyun vaxtı əli sındı
“Bayern”nın hücumçusu Serj Qnabri zədələnib.
Aut.az xəbər verir ki, onun əli sınıb. Hadisə Almaniya kubokunun ilkin mərhələsində “Preussen Münster”lə matçında (4:0) baş verib. 28 yaşlı forvard buna görə cəmi 11 dəqiqə meydanda qala bilib. Futbolçu bu günü tibbi müayinədən keçəcək. Ondan sonra durumuna aydınlıq gələcək.
Qeyd edək ki, 2018-ci ildən Münhen klubunda çıxış edən Qnabri bu mövsüm 6 matçda 1 qolla yadda qalıb.
