Türkiyə

Renatın komandasının növbəti sınağı

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” bu gün Super Liqada növbəti oyununa çıxacaq.

Aut.az xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə “Trabzonspor”u qəbul edəcək. Oyuna saat 21:00-da start veriləcək.

“Hatayspor” 5 turdan sonra 7 xalla 10-cu sıradadır. “Trabzonspor” isə 9 xalla 5-ci pillədə qərarlaşıb.