“Sabah” legioneri ilə yollarını ayırdı
“Sabah” müdafiəçi Hiqor Qabriellə yollarını ayırıb.
Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Hiqor 2022-ci ilin fevralında “Sabah”la müqavilə imzalamışdı. O, Masazır təmsilçisi ilə Premyer Liqada cəmi iki oyuna çıxıb.
