Ronaldo karyerasını nə vaxt bitirəcək?
“Əl-Nəsr”in və Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo gələcək planları barədə danışıb.
Aut.az xəbər verir ki, 38 yaşlı superulduz karyerasını bitirmək barədə düşünmədiyini bildirib:
“Deyirlər ki, Ronaldodan imtina etmək olar… Bu, doğru deyil. Ayaqlarım “Kriştiano, bu qədər” deməyincə oynamağa davam edəcəm. Məncə, hələ çox var. Hələ də futbolu, qol vurmağı, qalib olmağı sevirəm. Məndən imtina etmək üçün hələ tez olduğunu sübut edirəm”.
Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqaliyalı futbolçunun Səudiyyə Ərəbistanı klubu ilə mövcud müqaviləsi 2025-ci ilin yayına kimi qüvvədədir.
