Azərbaycan futbolu

“Sumqayıt”ın məşqçisi: “Qırmızı vərəqəyə ehtiyac yox idi”

Azərbaycan Premyer Liqasının VII turunun “Sumqayıt” – “Turan Tovuz” oyunundan (0:0) sonra meydan sahibi komandanın məşqçisi Mübariz Orucov jurnalistlərin suallarını cavablandırdı.

Aut.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Gərgin oyun oldu. İki məğlubiyyətdən sonra qələbə qazanmaq istəyirdik, alınmadı. Bərabərlik ədalətli nəticə oldu. Real qol şansından yararlana bilmədik.

– Qırmızı vərəqə almağınızı başa düşmədik… 

– Heç mən də başa düşmədim. Meydançaya cüzi girdim deyə oldu. Heç olmasa, gəl sarı vərəqə ver. 5-6 metr meydana daxil olsam və etiraz etsəm, deyərəm hə. Amma cüzi daxil olmuşdum. Düşünürəm ki, qırmızı vərəqəyə ehtiyac yox idi.

– Rövlan Muradov bu gün hansı mövqedə oynadı?

– 4-lü müdafiədə oynayırdır. Rövlan hücumlar zamanı daha aktiv olur.