Avropa Liqası

“Molde”nin futbolçusu nəyi etiraf etdi?

UEFA Avropa Liqasının ilk turu çərçivəsində keçirilən “Qarabağ” – “Molde” matçından (1:0) sonra qonaqların futbolçusu Veton Berişa qarşılaşmanı şərh edib.

Aut.az-a danışan norveçli forvard Azərbaycan çempionunun onlara şans vermədiyini bildirib:

“”Qarabağ” kombinasiyalı idi. Rəqibin güclü mərkəz xətti var. Biz onların pressinqdən çıxa bilmirdik. Buna görə irəlidə topa sahib ola bilmirdik. Topu itirəndən sonra dərhal onu geri almağı bacarmırdıq. Rəqib öz oyununu oynayırdı, amma biz öz bunu bacarmırdıq. “Qarabağ” bizə şans vermirdi. Buna görə oyun strukturumuzu tapa bilmirdik. “Qarabağ” üçün yaxşı gün idi. Həqiqətən də bu gün yaxşı komanda ilə oynadıq”.