Martin Linnes: “Qarabağ” qələbəyə bizdən daha çox layiq idi
“Qarabağ” meydanda bizdən daha yaxşı idi. Bakıda ən yaxşı oyunumuzu göstərə bilmədik. Təəssüflər olsun ki, məğlub olduq”.
Bu sözləri Aut.az-a açıqlamasında “Mölde”nin müdafiəçisi Martin Linnes UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunda Bakıda “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.
Norveçli müdafiəçi “Qarabağ”ın qələbəyə layiq olduğunu bildirib: “Parlaq çıxış etməsək də, Bakıdan 1 xalla ayrıla bilərdik. Təəssüf ki, son dəqiqələrdə yaxaladığımız imkanları qola çevirə bilmədik. Ümumi götürdükdə rəqib qələbəni sonuna qədər haqq edirdi”.
32 yaşlı futbolçu sabiq klubu “Qalatasaray”la oyunlardan fərqli olaraq “Mölde”nin “Qarabağ”la matçda zəif çıxış etməsinə barədə sualı belə cavablandırıb: “Bizlik bir şey yoxdu, “Qarabağ” daha yaxşı oynadı. Onlar aqressiv və fiziki cəhətdən güclü oyunçulara sahibdirlər. Dediyim kimi, rəqib qələbəyə bizdən daha çox layiq idi. Bizim göstərdiyimiz performansa ən yaxşı demək olmaz. Belə görünür ki, daha çox çalışmalıyıq”.
Linnes qrupdakı şansları belə dəyərləndirib: “Bayer Leverkuzen” qrupun favoritidir. İkinci yer uğrunda mübarizə digər 3 komanda arasında gedəcək. “Qarabağ” ola bilsin, hazırda ən yaxşı komandadır. Amma bizi qarşıda hələ ev oyunlarımız var. İlk turdakı məğlubiyyətə baxmayaraq, “Hakken”ə qarşı oyunlar də çətin keçəcək”.
O, “Qarabağ” azarkeşlərinin stadionda yaratdığı atmosferin özü üçün hər hansı bir çətinlik törətmədiyini bildirib: “Qalatasaray”da 5 il çıxış etmişəm. Oradakı azarkeşləri görmüşəm. Norveçdə də bu hal normaldır. Bakıdakı azarkeşlər bu gün işlərinin öhdəsindən layiqincə gəldilər. Amma rəqib olduqca təcrübəli oyunçulara malikdir, biz belə şeylərin öhdəsindən gələ bilməliyik. Bəhanə gətirmək olmaz”.
