Avropa LiqasıAzərbaycan futbolu

Andrey Lunyov: Rəqibin çox şansı olmadı

“Bu gün yaxşı oyun keçirdik. Düzdür, xeyli qol şansımız olsa da, yalnız birindən istifadə etdik. Əsas odur ki, 3 xal qazandıq”.

Aur.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın qapıçısı Andrey Lunyev “Mölde” üzərində qələbəni (1:0) şərh edərkən deyib.

Rusiyalı qolkiper öz çıxışını normaı dəyərləndirib: “Rəqibin elə də çox şansı olmadı. Düzdür, oyun praktikam bir qədər azdır. Lakin ümumi olaraq çıxışımı mormal qiymətləndirərdim”.

O, xeyli qol epizodlarını boşa vermələrinin səbəbini söyləməkdə çətinlik çəkib: “Ola bilər ki, bəzi epizodlarda konsentrasiya çatmadı. Yaxud ani qərar qəbul etmək mümkün olmadı. Rəqib qapıçının yaxşı çıxış etdiyini də deməliyəm”.

Andrey Lunyev rəqibin onları heç nə ilə təəccübləndirmədiyini vurğulayıb: “Mölde”nin oyununu təhlil etmişdik. Prinsipcə, onlar bizi heç nə ilə təəccübəndirmədilər. Elə gözlədiyimiz futbolu da sərgilədilər”.

“Qarabağ”ın qapıçısı qrupdan çıxmaq şanslarını da dəyərləndirib: “Əgər növbəti oyunlarda da bugünkü kimi çıxıç etsək, qrupdan çıxmağımız mümkündür. Hər şey özümüzdən asılıdır”.