“Şeytan”ın başına oyun açdılar: 44 il əvvəlki kimi
“Mançester Yunayted” 44 ildən sonra ilk dəfə ardıcıl 3 matçda 3 və daha artıq qol buraxıb.
Aut.az xəbər verir ki, “Mançester Yunayted” bu antirekordu UEFA Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda “Bayern”ə uduzmaqla (3:4) reallaşdırıb. “Qırmızı şeytanlar” dahava əvvəl Premyer Liqada “ Brayton”a (1:3) və “ Arsenal”a (1:3) uduzub.
Bunula son 44 ildə ilk dəfə komanda ardıcıl üç matçda üç və ya daha çox qol buraxmış olub. Sonuncu dəfə “Mançester Yunayted” 1978-ci ilin dekabrında belə bir seriyayla üzləşib. Həmin vaxt “mankunianlar”“Bolton” (0:3), “Liverpul” (0:3) və “Vest Bromviç”ə (3:5) məğlub olub.
“Mançester Yunayted” növbəti oyununu sentyabrın 23-də – Premyer Liqanın 6-cı turu çərçivəsində səfərdə “Bernli”yə qarşı keçirəcək.
