Avropa LiqasıAzərbaycan futbolu

“Qarabağ”a bata bilməyən norveçlilər

Bu gün Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində “Qarabağ” “Mölde”ni qəbul edəcək.

Aut.az xəbər verir ki, bu, Azərbaycan çempionunun Norveç təmsilçiləriylə növbəti dueli olacaq.

Ağdam təmsilçisi indiyədək sözügedən ölkənin klublarıyla 3 dəfə qarşılaşıb və heç birində uduzmayıb. Azərbaycan çempionu 2009/10 mövsümündə Norveçin “Rusenborq” komandası ilə qarşılaşıb. Səfərdəki ilk oyun 0:0, Bakıda matç isə “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Köhlən atlar” “Mölde”ylə də qarşılaşıb. Çempionlar Liqasının bir oyundan ibarət üçüncü mərhələsində bu komandalar Larnakada (Kipr) üz-üzə gəliblər. Norveç təmsilçisi penaltilər seriyasında 6:5 hesabı ilə qalib gələrək “pley-off”a vəsiqə qazanıb. “Lotoreya”dakı məğlubiyyətlə nəticələnən oyun rəsmi olaraq heç-heçə kimi qeydə alınıb.