“Bayern”dən 2 unikal rekord
“Bayern” UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Mançester Yunayted”i 4:3 hesabıyla məğlub edib.
Aut.az xəbər verir ki, Münhen klubu Avropanın bir nömrəli klub turnirin qrup mərhələsindəki məğlubiyyətsizlik seriyasını 35 matça çatdırıb. Bu mərhələdə komanda ardıcıl 14 qələbə qazanıb ki, bu da Çempionlar Liqasının tarixində yeni rekordudur.
Qeyd edək ki, “Bayern” qrup mərhələsində sonuncu dəfə 2017-ci ildə PSJ-yə məğlub olub.
