Dünya futbolu

Ronaldonun debütü uğurlu oldu

Kriştiano Ronaldonun çıxış etdiyi “Əl-Nəsr” Asiya Çempionlar Liqasının qrup mərhələsinə qələbə ilə başlayıb.

Publika.az xəbər verir ki, Səudiyyə Ərəbistanı komandası İranın “Persepolis” klubunu 2:0 hesabı ilə məğlub edib.

Portuqaliyalı forvard matçda qol vurmayıb.

Bu, Ronaldonun Asiya Çempionlar Liqasındakı debüt oyunu kimi tarixə düşüb.