Türkiyə

“Fənərbağça” onunla bağlı qərar verdi

“Fənərbaxğça” futbolçusu ilə müqavilənin müddətini artırır.

Aut.az xəbər verir ki, İstanbul təmsilçisi 26 yaşlı portuqaliyalı Migel Kresponun meneceri ilə danışıqları müsbət yöndə tamamlayıb. Türkiyəyə dəvət olunan yarımmüdafiəçinin agenti yaxın günlərdə İstanbul təmsilçisi ilə yeni sözləşmənin imzalanacağını bildirib. Müqavilənin müddəti ilə bağlı hələlik açıqlama verilmir.

Qeyd edək ki, “Fənərbaxça”nın heyətində 74 matça çıxan Kresponun klub ilə müqaviləsi bu mövsümün sonunda başa çatır.