“Barselona” cərimələndi
Barselonanın Şəhər Şurası eyniadlı komandasını cərimələyib.
Aut.az xəbər verir ki, komanda iki dəfə “Nou Kamp” stadionunun tikinti qrafikində qaydaları pozduğundan 600 avro cərimə ödəyəcək.
Bildirilib ki, işin gedişində icazəsiz 2 fəaliyyət aşkar olunub. Məhz bu səbəbdən də “Barselona” hər yanlışlığa görə 300 avro ziyana düşüb.
Qeyd edək ki, 1957-ci ildə istifadəyə verilən “Nou Kamp” arenası 99354 tamaşaçı tutumuna malikdir. Hazırda komanda ev oyunlarını “Estadio Olimpiko”da keçirir.
