Güləş

Azərbaycan güləşçisi dünya çempionatında “gümüş” qazandı

Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında final görüşünə çıxıb.

Aut.az xəbər verir ki, 97 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici görüşdə Bəhreyn təmsilçisi Axmed Tajudinovla qarşılaşıb. Görüş rəqibin qələbəsiylə başa çatıb.

Maqomedov dünya çempionatının gümüş medalını qazanıb.

Azərbaycan idmançısı bundan əvvəl finala yüksəlməklə Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.