Gəncəlilər Şahin Diniyevdən elə şey istədilər ki…
Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində keçirilən “Kəpəz” – “Səbail” matçında maraqlı hadisə yaşanıb.
Aut.az xəbər verir ki, oyunda hesab 3:0 olduqdan sonra meydan sahiblərinin azarkeşləri qonaqların baş məşqçisi Şahin Diniyevə “Bəsdir, üçünü vurmusunuz, dayanın. Yenə vurmayın”, – deyə müraciət ediblər.
Diniyev öz növbəsində gülümsənərək “baş üstə, baş üstə”, – deyə cavab verib.
Qeyd edək ki, Şahin Diniyev həm məşqçi, həm də futbolçu kimi iki dönəm Gəncədə çıxış edib.
