Türkiyə millisinin düşərgəsində gərginlik: Narazılıq var
Son zamanlar uğursuz çıxış edən futbol üzrə Türkiyə millisinin düşərgəsində qalmaqal yaşanır.
Aut.az xəbər verir ki, baş məşqçi Stefan Kunts və futbolçular arasında gərginlik pik həddə çatıb. Bu barədə qardaş ölkənin aparıcı KİV-ləri məlumat yayıb.
Xüsusilə “İnter”də çıxış edən Hakan Çalhanoğlu almaniyalı mütəxəssisdən narazıdır. O, komandanın uğursuz çıxışına səbəb kimi baş məşqçini göstərir. Hakanın mətbuata verdiyi açıqlamalar mütəxəssislə münasibətlərini pozub. Onun Ermənistanla oyundan dedikləri baş məşqçinin xoşuna gəlməyib: “Xoşbəxt deyiləm, qəzəbliyəm. Bizə yaraşmadı. Ermənistan’a qalib gələ bilmirsənsə, bəzi şeyləri düzəltməlisən, daha çox cəmləşməlisən. İtaliyadan gəlmişəm, formada idim və əlimdən gələni etməyə çalışırdım”.
Kunts da öz növbəsində futbolçulardan şikayətlənir. O, komandanın potensialından xeyli aşağı çıxış etdiyini açıq şəkildə bildirir:
“Məni ən çox incidən şey futbolçularımın tam gücü ilə oynamamağıdır. Cavablar müsahibələrdə deyil, meydanın ortasında verilir”.
Qeyd edək ki, Türkiyə millisinin Avro-2024-ün seçmə mərhələsi çərçivəsində Türkiyə ilə heç-heçə edib – 1:1. Yaponiya ilə yoldaşlıq görüşündə isə 4:2 hesabıyla məğlub olub.
