Azərbaycan futbolu

Şahruddindən Qurban Qurbanova təşəkkür

Türkiyənin “Adana Demirspor” klubu ilə müqavilə imzalayan Şahruddin Məhəmmədəliyev “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova təşəkkür edib.

Aut.az xəbər verir ki, qolkiper bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib:

“Mənə qarşı xoş münasibətiniz və əvəzsiz əməyinizi ifadə etməyə söz tapa bilmirəm. Hər şey üçün çox sağ olun, Hoca. Allah sizdən razı olsun”.

Azərbaycan yığmasının da üzvü olan qolkiper Türkiyə klubu ilə 2 illik müqavilə imzalayıb.