Dünya futbolu

Messi də başsağlığı verdi

“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi Mərakeşdə baş verən zəlzələ nəticəsində zərər çəkənlərə başsağlığı verib.

“Mərakeşdə zəlzələ qurbanlarının ailələrinə başsağlığı verirəm. Düşüncələrim yaralılar və dəhşətli fəlakətdən əziyyət çəkənlərlədir. Güclü olun”, – Messi sosial şəbəkədə yazıb.

Mərakeşdə şənbə günü gecə baş verən zəlzələ nəticəsində 2 mindən çox insan həlak olub.

Aut.az