Azərbaycan futbolu

Höccət millinin düşərgəsini tərk etdi

Ötən il noyabrın 20-də beynəlxalq yoldaşlıq oyunu çərçivəsində Skopyedə, Anton Malatinski stadionunda keçirilmiş Şimali Makedoniya – Azərbaycan oyununda qırmızı vərəqə ilə cəzalandırılan Höccət Haqverdi İordaniya millisinə qarşı oynada iştirak edə bilməyəcəyi üçün milli komandanın düşərgəsini tərk edib.

Aut.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Millimiz sentyabrın 12-də beynəlxalq yoldaşlıq oyunu çərçivəsində “Dalğa Arena”da İordaniya millisi ilə qarşılaşacaq. Qarşılaşma saat 20:00-da başlayacaq.