Azərbaycan futbolu

“Turan Tovuz” “Sabah”a qarşı

Milli komandanın oyunu ilə bağlı çempionatda yaranan fasilədən istifadə edən “Sabah”la “Turan Tovuz” bu gün yoxlama oyununda üz-üzə gələcək.

Aut.az xəbər verir ki, “Bank Respublika Arena”da keçiriləcək görüş saat 17:00-da başlayacaq.

Qeyd edək ki, bu komandalar Azərbaycan Premyer Liqasının 5-ci turunda üz-üzə gəliblər. Görüş qərb təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Turnir cədvəlində “Turan Tovuz” 9 xalla 2-ci, “Sabah” 4 xalla 8-cidir